Tanınış ispaniyalı iş adamı, “Mediapro” teleşirkətinin prezidenti Xaume Raures “Barselona”nın maddi vəziyyəti haqda danışıb.
Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, o, Kataloniya klubunun iqtisadi durumunun yaxşı olmadığını söyləyib:
“Mən artıq bildirmişəm ki, klubun bank hesabında böyük problemlər var. Görünür, bu, heç kimi narahat etmir. Koronavirusa görə klubun yaranmış əlavə borclarını da hesablayın. Siz futbolda daha 100 milyonluq və daha böyük məbləğli transferlər görməyəcəksiniz. Bu, bütün futbolda, əsasən da “Barselona” kimi komandaların timsalında daha qabarıq üzə çıxacaq. Daha hec kim bir futbolçuya 100-150 milyon verməyəcək. Bu qədər pulu banklardan götürmək çətin olacaq”.