İDMAN
09:35 / 10.06.2022
544

36 yaşında İtaliya nəhənginə keçir - Burak Yılmaz üçün gözlənilməz təklif

“Beşiktaş” klubu 36 yaşlı Burak Yılmazın transferindən imtina edib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, “Beşiktaş”ın qərarı Burakı qəzəbləndirib. “Beşiktaş”ın imtinasından sonra Burak Yılmaz İtaliyanın tarixi klublarından “Fiorentina”dan gələn təklifi nəzərdən keçirməyə başlayıb. Məlumata görə, Burak Yılmaz üçün bir neçə klub təklif göndərib. "Beşiktaş"la anlaşa bilməyən Burak indi İtaliyada forma geyinməyə müsbət yanaşır.

Qeyd edək ki, Burak Yılmaz 2020-2021 mövsümündə Fransanın “Lill” klubunun tarixi çempionluğunun memarlarından olub.

0