Transferlərə ən çox pul xərcləyən məşqçilər açıqlandı - SİYAHI

İDMAN
15:30 / 12.09.2023
618

"Transfermarkt" internet portalı transferlərə ən çox pul xərcləyən məşqçilərin reytinqini hazırlayıb. 

HİT.az xəbər verir ki, siyahıya Pep Qvardiola başçılıq edir.

Qvardiola hazırda İngiltərənin “Mançester Siti” klubunu çalışdırır. O, bundan əvvəl “Barselona” və “Bavariya”da çalışıb. Pep transferlərə 2 milyard avrodan çox pul xərcləyib.

Məşqçilərin transferlərə xərclədikləri reytinqi:

1. Pepe Qvardiola: 2,04 milyard avroya 78 transfer;
2. Joze Mourinyo: 1,86 milyard avroya 118 transfer;
3. Karlo Ançelotti: 1,62 milyard avroya 95 transfer;
4. Massimiliano Alleqri: 1,4 milyard avroya 113 transfer;
5. Dieqo Simeone: 1,21 milyard avroya 82 transfer;
6. Manuel Pelleqrini: 1,2 milyard avroya 96 transfer;
7. Tomas Tuçel: 1,19 milyard avroya 71 transfer;
8. Antonio Konte: 1,17 milyard avroya 93 transfer;
9. Mauriçio Poçettino: 1,15 milyard avroya 57 transfer;
10. Yurgen Klopp: 1,13 milyard avroya 85 transfer.

Samir

0