“Qarabağ”ın futbolçusu Avroliqada həftənin oyunçusu seçildi

İDMAN
18:41 / 16.02.2024
424

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

HİT.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğu nəticələrinə əsasən, bu ada “Qarabağ”ın futbolçusu Abdullah Zubir layiq görülüb.

Yarımmüdafiəçi səsvermədə Türkiyə “Qalatasaray”ından Mauro İkardini, İtaliya “Milan”ından Ruben Loftus-Çiki və Portuqaliya “Benfika”sından Anxel Di Mariyanı qabaqlayıb.

Qeyd edək ki, Abdullah Zubir “Qarabağ”ın Portuqaliyada “Braqa”nı 4:2 hesabı ilə məğlub etdiyi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

0