Türkiyənin unudulmaz komediya serialları hansılardır? - SİYAHI

22:17 / 30.11.2023
494

İnsanların böyük əksəriyyəti film və serial izləməyi xoşlayırlar.

Xüsusilə komediya janrında olan serialların ayrı bir izləyici kütləsi olduğunu desək, yanılmarıq. Gülüş ömrü uzatdığı üçün hər kəs gülməyi çox sevir. Kimliyindən asılı olmayaraq hər kəs gülmək və güldürmək istəyər. Əgər hansısa aktyorlar bizi güldürməyi bacarırsa, onları hər həftə izləmək istəyirik. Çünki həmin aktyorların və ya obrazların hər dəfə yeni zarafatlarını eşitməyi arzulayırıq. Komediya serialları da məhz bu səbəbdən böyük izləyici auditoriyasına malikdir. 

Əlbəttə ki, ölkəmizdə ən çox izlənən xarici seriallar qardaş Türkiyə seriallarıdır. Xüsusilə komediya seriallarının olduqca sevildiyini vurğulamaq lazımdır. Bu gün sizlər üçün ən unudulmaz 10 türk komediya serialını xatırlayacağıq.

HİT.az sözügedən siyahını təqdim edir:

1. "Leyla ile Mecnun"
"Leyla ile Mecnun" bir dönəmə damğa vuran əfsanəvi komediya serialıdır. Layihə o qədər populyar idi ki, "TRT1" telekanalında bitdikdən çoxlu tələbin ardından 8 il sonra eyni heyətlə "Exxen" platformasında yenidən çəkildi. Serialın baş rol ifaçıları isə Ali Atay, Cengiz Bozkurt, Serkan Keskin, Ahmet Mümtaz Taylan, Osman Sonant və Köksal Engür idi. "Leyla ile Mecnun" həmçinin 9,2 xal ilə Türkiyənin ən yüksək IMDB xalına sahib serialı ünvanına sahibdir.

2. "Avrupa Yakası"
Şübhəsiz ki, "ATV" telekanalının ən sevilən komediya serialı "Avrupa Yakası" idi. Layihə 2004-2009-cu illər ərzində izləyiciləri güldürməyi bacarmışdı. Qazanfer Özcan, Hümeyra, Müşfik Kenter, Gönül Ülkü, Gülse Birsel, Ata Demirer, Şenay Gürler, Evrim Akın, Tolga Çevik, Binnur Kaya kimi məşhur simalar əsas rolları canlandırıb.

3. "Çocuklar Duymasın"
Türkiyənin komediya brendinə çevrilən serial 2002-2019-cu illərdə tam 9 sezon davam edib. Ekran işi "TGRT", "ATV", "Star", "Fox" və "Kanal D"də yayımlanıb. Layihənin baş rollarına isə Tamer Karadağlı, Pınar Altuğ, Furkan Kızılay və Zeyno Günenç kimi məşhurlar həyat verib.

4. "1 Erkek, 1 Kadın"
Fərqli formatı ilə qısa zamanda fenomen olan serialın baş rollarında Emre Karayel və Demet Evgar oynayırdı. Layihə 2008-2015-ci illərdə "TürkMax", "Star" və "Fox" telekanalında yayımlanıb.

5. "Ayrılsak da Beraberiz"
Əfsanəvi serialı 1999-2004-cü illərdə ekranlarda olub. Serial "TRT1", "ATV" və "Star"da yayımlanıb. Ekran işinin baş rollarını Hakan Yılmaz, Janset, Necmi Yapıcı və Belma Canciğer kimi məşhurlar canlandırıb.

6. "Zengiz Kız Fakir Oğlan"
2012-2015-ci illər ərzində "TRT1" və "FOX"da yayımlanan layihənin baş rollarını Hüseyin Avni Danyal, Ayda Aksel, Ufuk Özkan, Ecem Özkaya, Mahir İpek, Gözde Okur və Kamal Kuruçay ifa edib.

7. "Tatlı Hayat"
Baş rollarını Türkan Şoray və Haluk Bilginer kimi sənətkarların canlandırdığı layihə də unudulmazlar arasında yer alır. Ekran işi 2001-2004-cü illərdə "Show TV" telekanalında yayımlanıb. 

8. "Geniş Aile"
2009-2011-ci illərdə "Kanal D" və "Star"da yayımlanan serial da çox sevilib. Ufuk Özkan, Zuhal Topal, Rojda Demirer, Rasim Öztekin, Fırat Tanış, Mine Teber və İlker Ayrık ekran işinin əsas rollarına həyat veriblər.

9. "İşler Güçler"
2012-2013-cü illər arasında sadəcə 41 bölüm "Star" telekanalında yayımlanan serial unudulmazlar arasına daxil olmağı bacarıb. Ahmet Kural və Murat Cemcir layihənin baş rollarını canlandırırdı.

10. "Kardeş Payı"
"Kardeş Payı" da 2014-2015-ci illərdə "Star" telekanalında sadəcə 35 bölüm yayımlanıb. Bu layihənin də baş rolları Ahmet Kural və Murat Cemcir idi.

Pərviz

0