Fransada bakılı qızın başına min oyun açırlar: işgəncə verilir, öldürülür - FOTO

MARAQLI
10:59 / 24.04.2023
1450

17 yaşında Vera (Viki) Obolenskaya yüngülxasiyyət xanım idi, onu rəqslərdən, dəbli geyimlərdən və kavalerlərdən başqa heç nə maraqlandırmırdı.

19 yaşında Parisdə fotomodel işləyir.

29 yaşında faşist işğalına qarşı mübarizə aparan fransız gizli təşkilatının üzvü olur.

33 yaşında gilyotində edam edilir...

Vera Obolenskayanın nasistlər tərəfindən niyə başı bədənindən üzülür?

HİT.az milli.az-a istinadən oxucuları bakılı qızın olduqca maraqlı həyat hekayəsi ilə tanış edir.

Vera Makarova 24 iyun 1911-ci ildə Bakının vitse-qubernatorunun ailəsində dünyaya göz açır.

Veranın atası, mülki müşavir Apollon Makarov inqilaba qədər Bakının vitse-qubernatoru idi.

1920-ci ildə - Qırmızı Ordunun Azərbaycana daxil olmasından sonra ailə Fransaya qaçmağa məcbur olur.

Bu zaman Veranın 9 yaşı var idi. Orada, yaşadıqları pansionda qonşular ona Viki ləqəbi verirlər. Yeniyetmə Fransa tərzləri və dil tələffüzünün xüsusiyyətlərini o qədər tez öyrənir ki, tezliklə o, artıq hamı tərəfindən fransız kimi qəbul edilir. Vikinin gənclik rəfiqəsinin xatirələrinə görə, 17 yaşında onu rəqslər və cavan oğlanlar daha çox maraqlandırır, nəinki dərslər. Restoranlarda əyləncələr, şəhərkənarı gəzintiləri, pikniklər və banketlər gənc Vikinin həyat tərzinə çevrilir.

Viki 19 yaşında sərbəst pul qazanmağa başlayır. O, gözəl mühacirlərin əksəriyyəti kimi dəb evinə model olaraq işə düzəlir. Vikinin unikal xüsusiyyəti var idi - fenomenal yaddaş. O, bütün müştərilərini adları ilə xatırlayır, hər kəsi yadda saxlayırdı.

Eyni zamanda 4 dildə sərbəst danışa bilən Viki özünü başqa sahələrdə də sınamaq qərarına gəlir.

Bu minvalla, müştərilərdən biri Vikini zəngin sahibkar Jak Artyuisin yanında katib kimi işə düzəlməyə kömək edir. Viki tezliklə Jak və onun arvadı ilə dostlaşır. Onlar istirahət günlərini birlikdə keçirirdilər. Qanunauyğundur, belə bir mühitə düşən Viki knyaz Nikolay Obolenski ilə tanış olur. Tezliklə, Viki knyaz Obolenskinin qəlbinə tamamilə hakim olur. Zəngin və tanınmış ailədən olan Nikolay qibtə ediləsi adaxlıya çevrilir - o, daim nişanlısının yanında olur, ona qulluq edir. Beləliklə, münasibətlər məntiqi sonluğa çatır - onlar 1937-ci ilin mayında rəsmi nikaha daxil olurlar.

İkinci dünya müharibəsi başlayanda, artıq şahzadə Obolenskaya adı ilə tanınan Viki hələ də Jak Artyuisin yanında işləməyə davam edirdi. Hitlerin qoşunları Parisə girəndə, cəsur Obolenskaya işğalçılara qarşı mübarizə aparmağa qərar verir. Artyuis özü isə gizli təşkilatın yaradılması ilə məşğul olur. O, Britaniya kəşfiyyatı ilə əməkdaşlıq edir, alman qoşunlarının hərəkət istiqamətləri haqqında məlumat ötürür və ümumi hərbi üsyanın hazırlıqları ilə məşğul olurdu.

Təşkilat "Vətəndaş və hərbi təşkilat" (Organisation Civile et Militaire) adını alır. Viki hərəkatın fəal üzvü kimi hər şeydə Artyuisə kömək edir.

Heyrətamizdir, güclü ideologiyaya və təsir imkanlarına malik olan Viki tezliklə ərini və dostlarını təşkilata cəlb edir. 1942-ci ildə onun sıralarında artıq minlərlə iştirakçı var idi.

Şahzadə Viki təşkilatın birinci katibi təyin edilir. Faşistlər uzun müddət bu gizli təşkilatın mövcudluğu haqda məlumatsız idilər, lakin 1942-ci ilin sonunda Jak Artyuis və digər üzvlər həbs edilir. Həmçinin cəsarətli bakılı qız da həbs olunanlar sırasında idi. Dindirmələr zamanı o, heç kəsi ələ vermir və buna görə "Şahzadə heç nə bilmirəm" ləqəbi alır.

Beləliklə, şahzadə Obolenskaya 4 avqust 1944-cü ildə gilyotində edam edilir. Bu edam metodundan əsasən faşist rejiminin ən təhlükəli düşmənlərinə qarşı istifadə olunurdu. Əri Nikolay Obolenskini isə həbs düşərgəsinə göndərirlər. O, sağ qala bilir, lakin sədaqətli knyaz arvadının faciəsinə dözə bilmir və son illərini təklikdə keşiş kimi keçirir.

Fransa hökuməti SSRİ-dən olan mühacirlərin antifaşist şücaətlərini əks etdirən sənədləri yalnız 1960-cı illərin ortalarında üzə çıxardı. Məlum oldu ki, müqavimətin təxminən 400 iştirakçısı keçmiş SSRİ-dən imiş. O cümlədən, aralarında şahzadə Obolenskaya da gözə çarpan idi. 1965-ci ildə o, Vətən müharibəsinin birinci dərəcəli ordeni ilə mükafatlandırıldı. Bakılı qəhrəmanın igidliyi haqda o zaman heç yerdə yazmır və danışmırdılar.

Yalnız 1996-cı ildə şahzadənin qohumu Lyudmila Obolenskaya-Flam "Viki - şahzadə Vera Obolenskaya" adlı kitab dərc edir. Bu kitabın sayəsində nəhayət, onun haqqında müxtəlif məlumatlar, bilgilər meydana çıxmağa başlayır.

0