Xolesterolu və qan şəkərini azaltmaq üçün ən yaxşı pəhriz

12:38 / 28.07.2023
432

Sidney Universitetinin alimləri müəyyən ediblər ki, vegetarian pəhriz ürək-damar xəstəlikləri riski yüksək olan insanların sağlamlığını yaxşılaşdıra bilər. 

HİT.az xəbər verir ki, araşdırma "JAMA Network Open" jurnalında dərc olunub.

Müəlliflər təxminən 1900 böyükləri əhatə edən 20 yüksək keyfiyyətli tədqiqatı nəzərdən keçirib. Təcrübələrin hər birində xəstələrin orta yaşı 28 ilə 64 arasında dəyişib, iki aydan iki ilə qədər izlənib. Bütün yazılar 1990-2021-ci illər arasında ABŞ, Avropa, Asiya və ya Yeni Zelandiyada dərc edilib. Tədqiqat iştirakçılarının ürək xəstəliyi və ya diabet kimi yüksək ürək xəstəliyi riski olub.

Pəhrizlər vegan az yağlı pəhrizlərdən (heyvan mənşəli məhsullar olmadan) süd məhsulları və ya yumurtaya icazə verən vegetarian pəhrizlərə qədər dəyişib.

Təhlil göstərib ki, altı ay ərzində vegan pəhrizinə riayət edən insanlar xolesterin, qan şəkəri və bədən çəkisinin azaldığını görüblər. Bununla belə, qan təzyiqinə nəzarətdə əhəmiyyətli təsir müşahidə edilməyib. Ümumilikdə, tədqiqatçılar vegetarianlığın təsirini "təvazökar, lakin əhəmiyyətli" kimi qiymətləndiriblər.

“Yüksək riskli xəstələr əllərindən gələni etməlidirlər, çünki bəzən dərmanlar kifayət etmir. Giləmeyvə, çay və kakaonun tərkibində olan flavanollar kimi birləşmələr arterial hüceyrələrin sağlamlığını və normal fəaliyyətini qorumağa kömək edir", deyə alimlər qeyd edib.

Samir

0