Hava çirklənməsi yeniyetmələrdə aşağı təzyiq yaradır - ARAŞDIRMA

MARAQLI
23:43 / 05.09.2023
548

Londonda aparılan bir araşdırma havanın çirklənməsinin yeniyetmələrdə xəstəliklərə səbəb olduğunu ortaya çıxarıb. 

Hit.az xəbər verir ki, havanı çirkləndirən 2,5 mikrometrdən kiçik maye və ya bərk hissəciklərə, eləcə də yüksək səviyyədə azot dioksidinə məruz qalmanın gənclərdə aşağı təzyiqə səbəb olduğu açıqlanıb. Böyük Britaniyada aparılan araşdırmaya 3200-dən çox gəncin cəlb edildiyi qeyd edilib.

Araşdırma "PLOS One" jurnalında dərc olunub. Araşdırmada çirklənməyə səbəb olan zərrəciklərin insan saçının 20-də biri qalınlığında olduğu bildirilb. Həmçinin, bu zərrəciklərin nəfəs alarkən bədənin müdafiə sistemini keçərək ağciyərlərə keçdiyi, daha sonra nəfəsvermə ilə xaric olunmadığı və qan vasitəsilə bədənə qarışdığı qeyd edilib. Bu hissəciklərin qıcıqlanma və iltihaba səbəb olduğu və nəticədə bir çox sağlamlıq problemləri yaradacağı qeyd edilib. Bildirilir ki, hissəciklər insanın sirkadiyalı ritmlərini pozaraq qan təzyiqinə təsir edə bilər.

Aynur Əli

0