Quru öskürək nə üçün yaranır? - 6 SƏBƏB 

MARAQLI
19:36 / 29.01.2024
1323

Öskürək ən pis xəstəlik simptomlarından biri sayılır.

Üstəlik, öskürək bəzən günlər və həftələrlə davam edə bilir. Boğazımda olan bəlğəm nəfəs aldığınız zaman öskürəyə səbəb olur. Lakin bəzi hallarda bəlğəmin olmadığı öskürəklə də üzləşə bilirik. Bu, tənəffüs yollarında sinir uclarının qıcıqlanması nəticəsində yaranır və daha çox quru öskürək adlanır. 

Ümumiyyətlə, quru öksürəyin əmələ gəlməsinə səbəb nədir? 

Hit.az sözügedən səbəbləri təqdim edir:

1. Soyuqdəymə və qrip: 
Çox vaxt viral infeksiyalar tənəffüs yollarını zədələyə və uzun müddət davam edən quru öskürəyə səbəb ola bilər.

2. Allergik reaksiyalar: 
Viral infeksiyalardan sonra quru öskürəyin ən çox görülən səbəbi allergik reaksiyalardır. Havada olan allergenlərə məruz qalma tənəffüs yollarında qıcıqlanmaya səbəb ola bilir. Bu isə öz növbəsində tez-tez təkrarlanan quru öskürəyin əmələ gəlməsinə gətirib çıxarır. 

3. Astma:
Astma tənəffüs yollarının iltihabı və daralması nəticəsində quru öskürəyə səbəb ola bilər.

4. Siqaret: 
Siqaret ürək-damar xəstəlikləri və xərçəng kimi bir çox xəstəliyə səbəb olur. Onun ən böyük zərəri isə tənəffüs yolları və ağciyərlərdə özünü göstərir. Həmçinin, siqaret çəkmək tənəffüs yollarını qıcıqlandıra və quru öskürəyə səbəb ola bilər.

5. Dərmanların əks təsirləri:
Bəzi dərmanlar da quru öskürəyə səbəb ola bilər. Ona görə hər hansısa ağrıdan xilas olmaq üçün atdığınız dərmanların əks təsirlərinə də baxmağınız tövsiyə olunur. 

6. Reflüks xəstəliyi : 
Mədə tərkibinin qida borusuna geri axması tənəffüs yollarını qıcıqlandıra və quru öskürəyə səbəb ola bilər. 

Pərviz

1