Öskürəkdən xilas olmaq üçün 4 ÜSUL

MARAQLI
22:30 / 31.01.2024
636

Ötən dəfə quru öskürəyin yaranma səbəblərindən bəhs etdik. 

Bu dəfə isə onun müalicəsindən söz açacağıq. Quru öskürəyin müalicəsi onun əmələ gəlməsinə səbəb olan faktotların müəyyən olunmasına  əsaslanır. Lakin öskürəyiniz davam edər və ya digər simptomlarla müşayiət olunarsa, həkimə müraciət etmək vacibdir. 

Buna baxmayaraq, quru öskürək çox şiddətli olmadıqda ona təbii yollarla da qalib gəlmək mümkündür. Ev şəraitində bəzi addımları ataraq quru öskürəyin simptomlarını aradan qaldıra bilərsiniz. 

Hit.az quru öskürəkdən xilas olmaq üçün 5 təbii üsulu təqdim edir:

1. Bol maye qəbul edin
Su içmək çox faydalı olduğu kimi öskürəkdən xilas olmaq üçün də olduqca vacibdir. Ümumiyyətlə, selikli qişaları nəm saxlamaq üçün kifayət qədər maye qəbulu çox önəmlidir. Çay, kofe, müxtəlif bitki çayları, bulyonlar və ya sadəcə isti su kimi isti içkilər boğazın qıcıqlanmasını aradan qaldırmağa kömək edə bilər. Nəzərə alın ki, maye öskürəyə səbəb olan maddələrin tənəffüs yollarından çıxarılmasına kömək edir.

2. Bal yeyin
Öskürəyi aradan qaldıran ən mühüm qidaların başında bal gəlir. Sadə və ya ilıq suda həll edilmiş bir çay qaşığı bal boğazda sakitləşdirici təsir göstərə bilər. Bal yemək öskürək istəyini aradan qaldıra və həmçinin qıcıqlanmış selikli qişalara qulluq edə bilər.

3. Efir yağlarından istifadə edin
Evkalipt və ya mentol kimi efir yağları ilə buxar inhalyasiyası öskürək istəyini aradan qaldırmağa kömək edə bilir. Bir kasa qaynar suya bir neçə damcı yağ əlavə edin, əyilin, başınızı dəsmal ilə örtün və buxarı nəfəs alın. Bu üsul tənəffüs yollarının açılmasına və mucusun boşaldılmasına kömək edir. 

4. Zəncəfil
Bildiyiniz kimi, zəncəfil iltihab əleyhinə xüsusiyyətləri ilə tanınır. Zəncəfildən təzə, qurudulmuş və ya toz halında müxtəlif reseptlərdə istehlak edə bilərsiniz. Zəncəfili çay kimi qəbul etmək quru öskürəyi aradan qaldırmaqda çox yaxşı nəticə verir. Zəncəfil boğazın qıcıqlanmasını aradan qaldırır. Həmçinin, təzə zəncəfilin qabığını soyub dilimləyib üzərinə qaynar su töküb rahatlaşdıran çay dəmləyə bilərsiniz. 

Pərviz

0