Sobada isinən yeməklər zərərlidirmi?

MARAQLI
18:48 / 12.03.2024
345

Mikrodalğalı sobada yemək isitmək daha tez başa gəldiyi üçün insanlar bu sobadan çox istifadə edirlər.

Ancaq qısa zamanda xörəkləri tez isidən sobanın zərərli və sağlamlığa ziyan vurması haqqında fikirlər də səslənir.

Mikrodalğalı soba həqiqətən sağlamlığa zərərlidirmi?

Terapevt Şəfəq Əliyeva Hit.az-a deyib ki, mikrodalğalı sobaların xəstəlik əmələ gətirməsi ilə bağlı sübut olunmuş məlumat yoxdur:

"Mikrodalğalar istənilən qidanın tərkibində olan suyun molekullarına təsir edir və onları sürətlə hərəkətə keçirir. Molekulların fırlanması molekulyar sürtünməyə yol açır, bu da tez isinməni təmin edir. Bu sobada isidilən yeməklərin tərkibində olan vitamin və minerallar itir. Bu da ondan irəli gəlir ki, istilik dərəcəsi çox yüksəldiyi üçün tərkibində olan vitaminlər ölür. Lakin sözügedən sobanın xərçəng və ya başqa xəstəlik yaratması ilə bağlı xəbərlər doğru deyil".

Sevinc

1