Saçlarımız hansı vitamin çatışmazlığından xəbər verir?

MARAQLI
23:08 / 12.03.2024
350

Saçlarımızın bədənimizdəki vitamin çatışmazlığından xəbər verdiyini bilirdinizmi?

Hit.az-a açıqlama verən trixoloq Ayda  Güləliyevanın dediyinə görə, saçlar orqanizmin güzhüsüdür, onlara baxıb daxili dünyamızdan xəbərdar ola bilərik.

“Bədəndə vitamin çatışmazlığı saç tökülməsi, kəpək, kövrəklik və solğunluq kimi problemlərlə müşayiət oluna bilər. Məsələn, bədəndə A vitamini çatışmazlığı varsa, o zaman quru baş dərisi problemi yaranır. - Kəpək görünür, saçlar quruyur, kövrək olur və ucları parçalanır. Quru saçların elastikliyini bərpa etmək, quru baş dərisindən qurtulmaq və saç tökülməsini dayandırmaq üçün pəhriz yeməklərinə üz tutmaq, A vitamini ilə zəngin qidalar qəbul etmək lazımdır. Yəni quru saçların A vitamini miqdarının artması lazımdır. B vitaminləri, ümumiyyətlə, orqanizmin sağlamlığı və xüsusən də saçların gözəlliyi üçün ən vacib komponentlər hesab olunur. Bədəndə kifayət qədər vitamin B2 yoxdursa, köklər tez yağlanır və ucları quruyur. Kifayət qədər miqdarda B3 saçların sürətli böyüməsini təmin edir və onun piqmentasiyasına cavabdehdir”,- deyə həkim bildirib. 

Onun sözlərinə görə bədəndə E vitamini çatışmazlığı yaranan kimi bu dərhal saçlarda özünü göstərir. Parlaqlığın itirilməsi, saçın strukturunun pozulması, cansızlıq kimi problemlər yaranır. Bitki yağı, qoz-fındıq, toxum, göyərti, paxlalı bitkilər, brokoli, ispanaq kimi qidalar E vitamini ilə zəngindir. 

“C vitamini çatışmazlığı ümumiyyətlə dərinin, saçın və dırnaqların vəziyyətinə təsir göstərir. Saçlar zəifləyirsə və hətta tökülürsə, bu, bədəndə C vitamininin əhəmiyyətli dərəcədə çatışmazlığını göstərir. Daha çox giləmeyvə, sitrus meyvələri, qarağat, kivi, alma yeməlisiniz”,- deyə həkim vurğulayıb.

Murad

0