Saç keratini onkoloji xəstəliklərə səbəb olurmuş - Mütəxəssisdən xəbərdarlıq

MARAQLI
22:20 / 13.03.2024
501

“Saçları düzləşdirmək üçün vurulan keratin insanı asta-asta öldürür. Onların tərkibində farmaldehid, formalin var. Bu maddə onkoloji xəstəliklrin yaranmasına səbəb olur”

Bu fikirləri HİT.az-a onkoloq Sona həşimova səsləndirib.

“Ustalar keratinlərə müxtəlif adlar verirlər, gah deyirlər nanodur, gah deyirlər molekulyardır, jelatindir daha nə bilim nələr, nələr. Bunu deyənlərin özlərinin heç bir kimyəvi biliyi yoxdur. Müştərini cəlb etmək üçün uydurulmuş nağlllardır.

Keratin saçı bərpa eləmir, sadəcə düzləşdirir. Ölmüş saçı necə diriltmək olar? Xanımlara tövsiyə edirəm keratinlə saç düzləşdirmə prosedurundan uzaq dursunlar.

Tərkibində formaldehid olan keratin qadınlarda onkoloji xəstəliklər və mostopotiya yaradır. Dünyada məşhur olan müxtəlif sertifikatlar almış 15 növ ən bahalı keratinin tərkibində formaldehid var. Özünüzü aldatmayın.Sağlamlıq daha vacibdir”.- deyə həkim bildirib.

Murad

0