Paxıllıq insan həyatını necə məhv edir?

MARAQLI
21:26 / 13.03.2024
389

Mücərrəd anlayışlar gözə görünmür, amma  onlar insanı daxilən, içdən məhv etmək və ya əksinə, işıqlandırmaq gücündədirlər.

Xüsusən də, həsəd, kin, paxıllıq kimi mücərrəd zəhərli anlayışlar uzunmüddətli yuva kimi sığındığı insanda özünü həmən biruzə verir. 

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, paxıllıq yalnız mənfi emosiyalar yaratmaqla kifayətlənmir. 

"Paxıl adam pis niyyətlərini həyata keçirməyə də başlaya bilər. Belə adam paxıllıq etdiyi adamın dalınca danışmağa, ona müxətlif pisliklər etməyə başlayır. Bəzən paxıllar paxıllıq obyektinə fiziki güc də tətbiq edirlər. Paxıllıq isə müxtəlif şeylərə görə ola bilər. Misal üçün, kiminsə maaşının və ya vəzifəsinin qaldırılması da paxıllığın yaranmasına səbəb ola bilər. Paxıl adam bunu qısqanclıqla qarşılayır və düşünür ki, bu, ədalətsizlikdir. Bütün bunları onun üçün etməli idilər" deyən psixolq bildirib ki, paxıllıq edən tərəf paxıllıq etdiyi insana obyektiv baxa bilmir. Nəticədə həmin insana nifrət etməyə başlayır. Paxıllığın ən pis mərhələsində paxıllıq insanın özünə və ətrafdakılara mane olur. Çox vaxt paxıl adamlar ətrafdakılara tələ qurmağa başlayır. Onda tədricən digər, ondan daha yaxşı olan insanlara qarşı nifrət hissi formalaşır. Hər cür pisliklər etməyə çalışır. Bununla da o, öz həyatını da məhv edir”.

Sevinc

0