Yaddaş zəifliyinə qarşı atılacaq 10 ADDIM

MARAQLI
19:04 / 03.04.2024
575

Son illərdə yaddaşsızlıq problemi daha çox insanda rast gəlinir.

Hit.az bildirir ki, unutqanlıq şəxslərin keçmişə aid hadisələri tam və detallı xatırlamaması ilə başlayır.

Əslində, yaddaş zəifliyi bir çox səbəbdən qaynaqlanır. Stress, yorğunluq və yaşlılıq kimi faktorları buna nümunə göstərmək olar. Buna baxmayaraq, bəsit həll yolları ilə yaddaşsızlıq problemindən xilas olmaq mümkündür.

Hit.az yaddaş zəifliyinin qarşısını almaq və azaltmaq yollarını təqdim edir:

1. Normal yuxu rejimi
Kifayət qədər yatmaq idrak funksiyalarını dəstəkləyir və yaddaşınızı gücləndirir. 

2. Yaxşı qidalanma
"Omeqa-3" yağ turşuları, antioksidantlar və vitaminlərlə qidalanmaq beyin sağlamlığınızı dəstəkləyə bilər. Balıq, qoz, avokado və tərəvəz kimi qidaları istehlak edəndə isə diqqətli olmaq lazımdır. 

3. İdman etmək
Mütəmadi şəkildə idman etmək qan dövranını artırır, beyinə oksigen getməsinə kömək edir və idrak funksiyalarını gücləndirir. 

4. Stressdən uzaqlaşmaq
Stress yaddaş zəiflədən əsas faktorlardan biridir. Lakin meditasiya, dərin nəfəs məşqləri və yoqa ilə stresslə mübarizə apara bilərsiniz. 

5. Zehni fəaliyyət 
Zehni fəaliyyətlər də beyin funksiyalarınızı dəstəkləyə bilər. Tapmacaların cavabını tapmaq, kitab oxumaq, yeni dil öyrənmək kimi fəaliyyətlərlə zehni olaraq aktiv qala bilərsiniz. 

6. Planlaşdırma 
Gündəlik tapşırıqlarınızı və vacib tarixləri qeyd edərək müntəzəm olaraq plan qurmağınız tövsiyə olunur. 

7. Sosiallaşmaq
Sosiallaşmaq da psixi sağlamlığınızı dəstəkləyə bilər. Ona görə də ailəniz və dostlarınızla müntəzəm vaxt keçirməyiniz olduqca mühümdür. 

8. Susuzluq
Həmçinin, kifayət qədər su içmək də beyin funksiyaları üçün vacibdir. Nəzərə alın ki, susuzluq da yaddaşa mənfi təsir göstərir. 

 9. Alkoqol və narkotiklərdən qaçınmaq
Uzun müddətdə spirt və narkotik istifadəsi yaddaş və idrak funksiyalarına mənfi təsir göstərə bilər. Bu səbəbdən də sözügedən maddələrdən uzaq olmağınız lazımdır. 

10. Peşəkar Yardım
Əgər sizdə unutqanlıq ciddi problemə çevrilirsə, bir mütəxəssisə müraciət etmək vacibdir. Çünki bu, başqa bir sağlamlıq probleminə də yol aça bilər. Nəzərə almaq lazımdır ki, yaddaş zəifliyinə bir çox hallarda şəxsi həyat tərzi vərdişləri ilə qalib gələ bilərsiniz. Buna baxmayaraq, ciddi və davamlı yaddaş problemləri yaşayırsınızsa, peşəkar mütəxəssisə müraciət etmək vacibdir. 

Pərviz

0