Kosmik şüa detektorları vasitəsi ilə tornado və qasırğaları proqnozlaşdırmaq olacaq

MARAQLI
23:37 / 12.07.2024
914

Ohayo Dövlət Universitetinin amerikalı alimləri tornadoları, qasırğaları və digər ekstremal hava hadisələrini izləmək və öyrənmək üçün yeni üsul tapıblar. Artıq güclü təbii fəlakətləri müonların detektorlarından - adətən kosmik şüalardan gələn yüksək enerjili hissəciklərdən istifadə etməklə proqnozlaşdırmaq olar. 

HİT.az xəbər verir ki, tədqiqat "arXiv" resenziyasız elmi məqalələr portalında dərc edilib.

Tornadonu izləmək üçün ənənəvi alətlər dronların və hava şarlarının məlumatlarına əsaslanır, lakin bu üsullar çox vaxt insanların yaxınlaşan fırtınanın yoluna təhlükəli dərəcədə yaxın olmasını tələb edir.

Alimlər müonların atmosferdəki dəyişikliklərə reaksiya verdiyini müəyyən ediblər. Tufan cəbhəsindən keçərkən bu hissəciklər xassələrini dəyişir və bu dəyişikliklər astrofiziklərin istifadə etdiyi xüsusi muon detektorları vasitəsilə aşkar edilə bilər.

Tapıntılar fırtınanın gedişatını daha yaxşı proqnozlaşdırmağa və təhlükəli hava şəraitinin yaxınlaşması barədə erkən xəbərdarlıq etməyə imkan verə bilər.

Tədqiqatçıların fikrincə, onların metodunda əsas problem odur ki, muon detektorları stasionar komplekslərdir və ən kiçiyi diametri 50 metrdir. Bir qayda olaraq, onlar tez-tez fırtınalar olan ərazilərdə tikilmir.

Bununla belə, belə obyektlərin yaradılması gələcək qasırğaların və digər ekstremal atmosfer hadisələrinin proqnozlaşdırılmasını əhəmiyyətli dərəcədə təkmilləşdirə bilər.

Samir


 

0