Parisə səyahət etmək istəsəniz, iki dəfə düşünün

MARAQLI
19:05 / 16.09.2024
632

Deyirlər Paris sevgilərin, romantikanın şəhəridir. Və təcrbəli turistlər Parisə payızda səyahət etməyi tövsiyə edirlər.

Paris çox insanların xəyallarının şəhəridir. Amma yəqin çoxunuz bilmirsiniz ki, dünyanın ən arzuolunan şəhəri eyni zamanda bir xəstəliyin də yaranmasına səbəb olub. 

Çox zaman insanlar xəyal etdikləri kimi görməyəndə həmin şəhərləri "Paris sindromu" xəstəliyinin yaranmasına səbəb olur. 

Ona görə də səfər edərkən iki dəfə düşünün.

Psixoloq Təranə Cəfərli bu qəribə sindrom barədə Hit.az-a danışıb:

"Qəribə psixoloji sindromlar insanların beyninin sərhədlərinin sonsuzluğunu göstərir. Rast gəlinən qəribə sindromlar bəzən elm adamlarının da  təəccübünə səbəb olur. "Paris sindromu" Parisə səyahət edən bəzi insanlar arasında ortaya çıxan mədəni şok, psixoloji bir vəziyyətdir. Onlar şəhərin xəyallarındakı qədər gözəl olmadığını görüb, məyusluğa qapılırlar. Bu sindrom əsasən yaponlarda görünür.  Turistlər sosial mühitindən məyus olub , depressiyaya düşürlər. Bu sindrom emosional reaksiya, şüur itkisi və ya hətta halüsinasiyalar, anksiyete, depressiya, narahatlıq, psixoz kimi simptomlarla özünü göstərir".

Murad

0