Hit.az “Şəfalı bitkilər” rubrikasında “ Azan gülü” haqqında məlumat verir.
“Bu gülün əsl adı “Oenothera” adlanır”.
Bu sözləri türkə çarəçi Seymur Maqsudov Hit.az-a bildirib.
O qeyd edib ki, amma bir çox İslam ölkələrində isə bu bitkiyə həqiqətən “Azan gülü” deyilir:
“Allahın möcüzəsi kimi sayılan bu bitki ancaq Azan oxunan vaxtı açır. Azan gülünün çiçəyi şam və sübh azanı oxunana yaxın tumurcuqlayır. Azan oxunanda isə açır. 15-20 dəqiqədən sonra isə bitkinin çiçəyi solur və tökülməyə başlayır. Bu bitki xüsusi bir qulluq tələb etmir və may-avqust ayları arası açır.
Amma qeyd edim ki, bu gülün Azanla heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq , Azan gülü günəşin batdığı dövrdə açır. Bunun əsas səbəbi bir başa olaraq təkamüllə bağlıdır. Bəzi güllər məhz Günəş düşdüyü üçün açır. Digər güllər isə Günəş batdığı zaman. Əgər bu gül həqiqətən Azan gülü olsaydı. Gün ərzində 5 dəfə Azan çalınan zaman açardı”.
Murad