Arılar insanları fillərin hücumundan qoruya bilər - Alimlər

MARAQLI
22:17 / 30.10.2024
349

Oksford Universitetinin britaniyalı alimləri Keniyanın "Save the Elephants" təbiəti mühafizə təşkilatı ilə birlikdə adi bal arılarının insanları fillərin hücumundan qoruya biləcəyini müəyyən ediblər. 

HİT.az xəbər verir ki, tədqiqat "Conservation Science and Practice" (CSP) elmi jurnalında dərc olunub.

Keniya son onilliklərdə sürətli əhali artımı yaşayıb. 2000-ci ildən 2020-ci ilə qədər ölkə əhalisi 59,4% artıb. Bu, yaşayış məntəqələrinin genişlənməsinə və insanlarla fillər arasında daha tez-tez qarşıdurmalara səbəb olub.

Ekspertlər Keniyada doqquz il ərzində həyata keçirilən layihənin məlumatlarını təhlil ediblər. Onlar Tsavo Şərqi Milli Parkının yaxınlığındakı iki kənddə arı pətəkləri ilə qorunan 26 təsərrüfatdan alınan məlumatları araşdırıblar. Bu müddət ərzində fillər insan təsərrüfatlarına 3999 dəfə yaxınlaşıblar.

Fillər yoldaş, yemək və su axtarmaq üçün il boyu parkın içərisində və xaricində sərbəst gəzirlər, lakin əkinlərin qoxusu onları cəlb edə bilər.

Müşahidələr göstərib ki, Afrika filləri perimetri ətrafında arı pətəkləri olan təsərrüfatlara yaxınlaşmaqdan çəkinirdilər. Arıların sayəsində orta hesabla fil basqınlarının sayı 76-89% azalıb.

Təsir hətta məhsul yığımında - fillərin ən çox əkin sahələrini məhv etdiyi dövrdə də davam edib.

Alimlər qeyd ediblər ki, 2017-ci ildən 2020-ci ilə qədər güclü quraqlıq səbəbindən pətəklərin effektivliyi 75% azalıb, lakin onlar hələ də filləri dəf etməyə davam ediblər.

Samir
 

0