İki od arasında qalmaq nədir? - Belə yaranıb

MARAQLI
22:53 / 24.11.2024
387

“İki od arasında qalmaq” ifadəsini yəqin eşitmisiniz. Çarəsizliyi təsvir edir.

Bəs nə üçün məhz iki odun arasında qalmaq deyib qədim insanlar?

Lent.az  “Belə yaranıb” rubrikasında bu barədə məlumat verir.

Bu ifadə feodalizm dövründə monqolların Rusiyanı əsarət altına saldığı illərdə rus knyazlarını ram etmək üçün icra olunan bir mərasimdən yadigar qalıb.

Rus knyazlarını Qızıl Orda xanının hüzuruna çıxararkən onları bir-birinin yaxınlığında qalanmış çox böyük tonqalların arasından keçirirdilər. Ritualın məqsədi xristian knyazları “təmizləyib” sonra Orda xanının çadırına daxil etmək idi. Burda məqsəd həm də knyaza psixoloji təsir edib, onu qorxutmaq, sındırma, həm də başqa dinin mənsubu olan, kafir sayılan şəxsi odla paklamaq idi.

Orda xanının hüzuruna aparılan məğlub knyazın sağ qalıb-qalmayacağı bəlli olmurdu, ona görə iki od arasından keçmək qorxunc bir imtahan sayılırdı. O zamandan sonra da bu ifadə dildən-dilə keçərək ən çətin vəziyyətə düşən adamlar haqqında işlədilir.


 

0