Bu gün tarixin səhifələrində 16 apreldəyik.
Hit.az bildirir ki, bu tarixdə Azərbaycan və dünya üçün çox sayda mühüm proses baş verib.
Bu tarixdə doğulan görkəmli şəxsiyyətlərlə yanaşı, aramızdan ayrılan tanınmış simalar da kifayət qədər çoxdur. Beləliklə, tarixin 16 aprelinə nəzər salırıq...
16 apreldə nələr baş verib?
1992-ci ildə Azərbaycanla Monqolustan arasında diplomatik əlaqələr qurulub. 2004-cü ildə Azərbaycanla Yunanıstan arasında diplomatik əlaqələr qurulub. 1917-ci ildə Vladimir Lenin İsveçrədəki sürgündən Rusiyanın Petroqrad şəhərinə qayıdıb. 1941-ci ildə İkinci Dünya müharibəsi zamanı 500 alman qırıcısı gecə boyunca Londonu bombaladı. 1945-ci ildə İkinci Dünya müharibəsi zamanı Qızıl ordu Berlinə girdi. 2003-cü ildə Maykl Cordan Milli Basketbol Assosiasiyasında (NBA) sonuncu oyununu keçirib.
16 apreldə doğulanlar:
1967-ci ildə Milli Qəhrəman, şəhid Rizvan Teymurov, 1982-ci ildə şəhid jurnalist Məhərrəm İbrahimov, 1913-cü ildə Əməkdar artist, aktyor Kərim Sultanov, 1932-cü ildə Əməkdar rəssam, heykəltaraş Qorxmaz Sücəddinov, 1934-cü ildə Xalq artisti bəstəkar Ramiz Mirişli və 1956-cı ildə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev dünyaya gəlib.
Dünyada isə 1874-cü ildə Sovet memarı Qavriil Ter-Mikelov, 1889-cu ildə ingilis aktyor Çarli Çaplin, 1924-cü ildə amerikalı bəstəkar Henri Mançini, 1928-cü ildə qazaxıstanlı opera müğənnisi Roza Camanova, 1977-ci ildə isveçli futbolçu Fredrik Lyunqberq, 1978-ci ildə rus aparıcı İvan Urqant və 1987-ci ildə ingilis futbolçu Aaron Lennon doğulub.
16 apreldə vəfat edənlər:
1961-ci ildə Xalq artisti, opera müğənnisi Məmmədtağı Bağırov, 1981-ci ildə bəstəkar Ələkbər Tağıyev, 2020-ci ildə Xalq artist, aktyor Rafiq Əliyev və 2021-ci ildə Xalq artisti, kinorejissor Eldar Quliyev dünyasını dəyişib.
Dünyada isə 1828-ci ildə ispan rəssam Fransisko Qoyya, 1830-cu ildə macar dramaturq Yojef Katona, 1850-cı ildə fransız rəssam Mariya Tüsso, 1958-ci ildə ingilis kimyaçı Rozalind Franklin, 1985-ci ildə polşalı aktyor Tadeuş Bartosik və 2019-cu ildə avstriyalı alpinist David Lama vəfat edib.
Pərviz


