Bu üç tarixdə doğulanları yaşlandıqca böyük uğur gözləyir

MARAQLI
17:36 / 11.11.2026
2

Bəzi insanlar həyatlarının ən böyük uğurlarına gənclik illərində deyil, daha yetkin yaşlarında nail olurlar. Astroloqlar və numeroloqlar üç doğum tarixinin sahiblərinin həyatın ikinci yarısında maddi rifah və uğur əldə etmək şanslarının yüksək olduğunu iddia edirlər.

HİT.az xəbər verir ki, bu barədə “Parade” yazıb.

8 yanvarda doğulanlar – Uğur zəhmətin bəhrəsi olacaq

Yanvarın 8-də dünyaya gələnlər Oğlaq bürcünün nümayəndələridir. Astrologiyada bu bürcün idarəedicisi hesab olunan Saturn zaman, intizam və uzunmüddətli zəhmətin nəticələri ilə əlaqələndirilir.

Numerologiyada da 8 rəqəmi maddi rifah, karyera uğuru və zəhmətin qarşılığını almaq rəmzi sayılır. Bu tarixdə doğulanların gənclik illərində özlərini başqalarından geri qalmış hiss edə biləcəkləri, lakin zaman keçdikcə səylərinin bəhrəsini görəcəkləri iddia olunur.

16 sentyabrda doğulanlar – İntuisiya doğru yolu göstərəcək

Sentyabrın 16-da doğulanlar Qız bürcünə aiddirlər. Astroloji yozumlara görə, Merkuri ilə əlaqələndirilən bu insanlar detallara diqqətləri və analitik düşüncələri ilə seçilirlər.

Numerologiyada 16 rəqəmi 7-yə endirilir və intuisiya, daxili hisslər, düşüncə ilə əlaqələndirilir. İddialara görə, bu tarixdə doğulanlar gənclikdə qərar verməkdə tərəddüd edə bilərlər. Lakin yaş artdıqca məntiq və intuisiya arasında tarazlıq quraraq daha düzgün seçimlər edə bilərlər.

13 noyabrda doğulanlar – Həyatdakı dönüşlər uğur gətirəcək

Noyabrın 13-də doğulanlar Əqrəb bürcünün nümayəndələridir. Astrologiyada bu bürc transformasiya, daxili güc və köklü dəyişikliklərlə əlaqələndirilir.

Numerologiyada 13 rəqəmi 4-ə endirilir və ardıcıllıq, zəhmətkeşlik, möhkəm təməl qurmaq rəmzi hesab olunur.

Bu tarixdə doğulanların həyatında karyera dəyişikliyi, münasibətlərin sona çatması və ya köç kimi ciddi dönüşlərin baş verə biləcəyi bildirilir. Astroloji şərhlərə əsasən, gənclikdə uğursuzluq kimi görünən hadisələr sonradan yeni imkanların yaranmasına şərait yarada bilər.

Yetkin yaşlarda isə bu insanların özlərinə daha çox güvənəcəkləri, məqsədlərini daha aydın müəyyənləşdirəcəkləri və şəxsi inkişafda irəliləyiş əldə edəcəkləri iddia olunur.

Samir
 

0