MEDİA bəzi informasiya resurslarında yayımlanan dezinformasiya barədə açıqlama yaydı

MEDİA
20:37 / 05.06.2026
84

İyunun 5-də "middleeasteye.net" və "haaretz.com" informasiya resurslarında yayımlanan İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddialar heç bir fakta istinad etmədən tirajlanan kobud manipulyasiyadır.

Hit.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu kobud manipulyasiya nümunəsi olmaqla dezinformasiya xarakteri daşıyır və beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa və regionda gərginlik yaratmağa hesablanıb.

 

0