Misir Mərdanovun nəvəsinə vəzifə verildi - FOTO

ÖLKƏ
18:27 / 23.09.2023
514

Sabiq təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov nəvəsinə vəzifə verib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sabiq nazirin qızı Samirə Mərdanovanın oğlu Murad Mərdanovu Yasamalda "Göyərçin Uşaq Bağçası"nın direktoru təyin edilib. 

Samirə Mərdanova özü isə "Bakı Beynəlxalq Təhsil Kompleksi"nin direktoru vəzifəsində qalıb.

Qeyd edək ki, "Bakı Beynəlxalq Təhsil Kompleksi" MMC-nin və "Göyərçin Uşaq Bağçası" MMC-nin qanuni təmsilçisi isə Mərdanova Samirə Misir qızıdır. Hər iki obyektin sahibi isə Misir Mərdanovdur.

0