Samirə Ələsgərova: "Vaxtından əvvəl doğulmaq ürək-damar xəstəlikləri üçün bir risk faktorudur"

ÖLKƏ
15:04 / 17.11.2023
596

Uşaqların təqribən 10 faizi 37-ci həftədən əvvəl doğulur. Bu körpələrə vaxtından əvvəl doğulan uşaqlar deyilir. Vaxtından əvvəl doğulmaq bəzi sağlamlıq problemlərinə səbəb olduğu kimi, vaxtından əvvəl doğulan uşaqların ürək-damar sistemində də ciddi problemlər ortaya çıxa bilir.

Neontoloq Samirə Ələsgərova Hit.az-a açıqlamasında qeyd  edib ki, vaxtından əvvəl doğulmanın əsas səbəblərindən – çoxdöllü hamiləlik, uşaqlığın və uşaqlıq boynunun anatomik problemləri, anada olan infeksiyalar, arterial hipertenziya və preeklampsiya, şəkərli diabet, genetik faktorları qeyd etmək lazımdır. Hazırda bir çox səbəblər müvəffəqiyyətlə korreksiya olunur və bu da vaxtından əvvəl doğuşla bağlı riskləri azaldır: 

“Ürək hüceyrələrinin normal və arzu edilən qədər çoxalması üçün uşağın müəyyən müddətə qədər ana bətnində qalması lazımdır. Uşaq doğulduqdan sonra ürək hüceyrələrində çoxalma olmur.
Vaxtından əvvəl doğulmaqla ürək hüceyrələrinin çoxalmasının qarşısı alınır. Bu da ürəyin zəifləməsinə səbəb olur və gələcəkdə bəzi ürək-damar problemlərinin ortaya çıxma risqini artırır.

Vaxtından əvvəl doğulan uşaqların ürək ölçüləri daha kiçik olur . Ona görə də belə  uşaqların ürək sağlamlıqları ilə bağlı daha diqqətli olmaq zəruridir”.

Sevinc

0