Sertifikasiya imtahanında zəif nəticə göstərən bölgələr - ŞƏRH

21:56 / 27.06.2024
490

“İbtidai sinif, azərbaycan dili, riyaziyyat və xarici dil fənn müəllimləri sertifikasiya prosesinə cəlb olunub”. 

Bunu Hit.az-a təhsil eksperti Elmin Nuri deyib. 

O deyib ki, Lənkəran, Astara, Qarabağ və Mərkəzi Aran Regional Təhsil İdarələrindəki müəllimlər sertifikasiya imtahanlarında daha zəif nəticə göstərib:

“Bunun səbəbi ortalama göstəricisi ilə bağlıdır. Məlumdur ki, Lənkəran və Astarada sertifikasiya prosesinə çox müəllim qoşulub. Ümumiyyətlə, bir müəllim bölgəsindən asılı olmayaraq, zəif nəticə göstərirsə , bu onun hazırsız olmasından, pedaqoji prosesin öyrənilməsi ilə bağlı öz üzərində işləməməsindən xəbər verir”.

Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli brifinq zamanı deyib ki, Lənkəran, Astara, Qarabağ və Mərkəzi Aran Regional Təhsil İdarələrindəki müəllimlər sertifikasiya imtahanlarında zəif nəticə göstərib. 

Sevinc

0