BDU “Webometrics”də “Şəffaflıq” indikatoru üzrə ölkə birincisidir

16:50 / 22.07.2024
158

Dünya Universitetlərinin Vebometrik Reytinqi” (Webometrics Ranking of World Universities) 2024-cü ilin birinci yarısının nəticələrini elan edib. 

Müvafiq reytinq siyahısına əsasən, BDU 233 pillə irəliləyib və dünyanın 31 min 606 ali təhsil müəssisəsinin adının yer aldığı reytinq siyahısında 3295-ci yerdə qərarlaşıb.

Bu barədə Hit.az-a BDU-dan məlumat verilib.

Bildirilib ki, BDU, həmçinin yeni uğura imza ataraq Avropanın 5985 universiteti arasında 1051-ci, Mərkəzi və Şərqi Avropanın 2692 universiteti arasında isə 232-ci yerə yüksəlib.

Onu da qeyd etmək lazımdır ki, BDU “Dünya Universitetlərinin Vebometrik Reytinqi”nin göstəricilərinə görə “Şəffaflıq” (Transparency) indikatoru üzrə ölkə birincisidir.

“Dünya Universitetlərinin Vebometrik Reytinqi”nin əsas məqsədi biliyə açıq çıxışı təşviq etmək, ali təhsil müəssisələrinin rəqəmsal fəaliyyətlərini və virtual akademik cəmiyyətə töhfələrini nəzərə alaraq onların qlobal fəaliyyətini qiymətləndirməkdir.

0