Şagirdlərin dərs yükü azaldılmalıdır? - Valideyn şikayəti

ÖLKƏ
22:59 / 09.10.2024
217

Artıq bir ay olmasına çox az qalıb ki, ölkədə təhsil müəssisələri açılıb.

Dərslərin yeni başlamasına baxmayaraq, valideynlər şagirdlərin dərs yükündən şikayətçidirlər. 

Bu barədə Hit.az-a 2-ci və 4-cü sinifdə oxuyan valideyn Vüsalə Hacıyeva şikayət ünvanlayıb.

O bildirib ki, 4-cü sinifdə oxuduğu övladına ondan yuxarı siniflərin dərsləri keçirilir:

“Məktəblərdə dərs yükü çox ağırdır. Sinifdə sakit duran uşaq varsa, digərlərinin kölgəsində qalır. Bu da geriləməyə səbəb olur. Məncə, dərs yükü azaldılmalıdır”.

Mövzu ilə bağlı Hit.az-a danışan pedaqoq Sahilə Qafarova deyib ki, hazırki proqramda göstərilən dərs metodu şagirdin mövzunun 80 faizini sinifdə mənimsəməsi ilə bağlıdır:

“Hazırda ölkədə tətbiq edilən dərs metoduna görə şagirdlər dərsi sinifdə öyrənməlidir. Düzünü desəm, bu yaxşı metoddur. Amma hər bir uşaq mövzunu tez qavrayacaq gücə sahib deyil. Buna görə müəllimlər dərs keçən zaman müəyyən metodlardan istifadə etməlidir. Bu metodla bütün uşaqlar diskussiya aparmalıdır. Belə olduğu təqdirdə sinifdə digərlərin kölgəsində qalan şagird olmayacaq. 

Digər məsələ isə, hər bir müəllim şagirdə 1 və ya 2 dənə ev tapşırığı verməlidir. Artıq verilən tapşırıq uşaqların istismar edildiyindən xəbər verir. Çünki uşaq evdə tək dərs oxumalı deyil. Özünün şəxsi inkişafına, əyləncəsinə zaman ayırmalıdır”.

Murad

0