Müəllimlərin yerdəyişməsi ilə bağlı 3 il məhdudiyyəti ləğv olunacaq? - AÇIQLAMA

ÖLKƏ
12:07 / 11.03.2025
165

Müəllimlərlə bağlı bəzi məsələlər çox müzakirə olunur. 

Onlardan biri də bölgələrə təyin olunan müəllimlərin 3 il ərzində orada işləməsinin tələb olunmasıdır. Belə ki, müəllimlər imtahanla hansısa rayon və ya kənd məktəbinə düşəndə, oradan başqa məktəbə getməyə imtahan vermək üçün 3 il çalışmaq tələb olunur. Lakin bəzi müəllimlər bundan narazılıq edirlər. Onlar, sözügedən müddətin çox uzun olduğundan gileylənirlər və bunun qısadılmasını istəyirlər. 

Ümumiyyətlə, bu 3 il tələbinə səbəb nədir? Sözügedən müddətin yaxın perspektivdə bunun ləğv olunması və ya müddətin azaldılması mümkündür?

Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı Hit.az-a açıqlama verib. O bildirib ki, həmin müddətin 3 il müəyyən olunmasında əsas məqsəd rayonlarda və kənd məktəblərində müəllim çatışmazlığını aradan qaldırmaqdır:

369176

"Məhz bu səbəbdən də rayonlarda müəllimlərin işə qəbulu üçün keçid balı Bakıya nisbətən aşağı müəyyən olunur. Buradakı əsas məqsəd uzaq rayonları və kəndləri ən azı 3 il müddətinə müəllimlə təmin etməkdir. Lakin uzaq rayonlara və ya kəndlərə düşən müəllimlərin bəziləri ondan imtina edirlər. 

Gedənlər isə 3 il ərzində kənddə olan müəyyən çətinliklərə və ya məhdudiyyətlərə dözərək, bundan öz yerlərini şəhərə dəyişmək üçün keçid mərhələsi kimi istifadə etməyə çalışırlar. 3 ildən sonra artıq yenidən MİQ imtahanı verərək və ya öz balalarına uyğun olaraq şəhər məktəblərinə yerdəyişmə edə bilirlər".

Ekspertin sözlərinə görə, yaxın zamanda sözügedən müddətin azaldılması və ya ləğv olunması gözlənilmir:

"Hazırda bununla bağlı siqnallar və ya ehtimallar mövcud deyil. Yaxın gələcəkdə bunun ləğv edilməsi və ya azadılması gözlənilmir". 

Pərviz

0