Qənd alarkən bunlara diqqət edirsiniz?

ÖLKƏ
11:25 / 10.04.2025
273

"İnsanların qənd alarkən ən çox diqqət etdiyi məqam onun keyfiyyəti və görünüşüdür". 

Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, qəndin ağ və təmiz olması mütləqdir:

"Həmçinin, qənd ləkəsiz, şirin və qoxusu şəkərə xas olmalıdır. Qəndin dadı, qoxusu və ya bərkliyi üçün kimyəvi qatqı maddələrdən istifadə olunması isə qəbuledilməzdir".

Ekspertin sözlərinə görə, qənd alarkən ilk növbədə vizual olaraq onun qablaşdırılmasına baxmaq lazımdır:

"Qabın üzərində məhsulun adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti və saxlanma şəraiti göstərilməlidir. Həmçinin, onun tərkibindəki allergenlər, mənşəyi, istehsalçının adı və ünvanı da qablaşdırmada xüsusi qeyd olunmalıdır".

370920

Mütəxəssis vurğulayıb ki, qəndin keyfiyyətli olmasını göstərən onun rəngidir:

"Rəngi solmuş və ya müxtəlif ləkələri olan qəndlərdən istifadə yolverilməzdir. Bu, qəndin tərkibində müxtəlif qatqıların olmasından xəbər verən amillərdən biridir. Qəndin tərkibinə müxtəlif qatqıların, kimyəvi ağardıcıların və ya bərk maddələrin qatılması qəbuledilməzdir. Bu kimi kimyəvi qatqılar olan qənddə keyfiyyətdən söhbət gedə bilməz".

İlkin Şirinov onu da diqqətə çatdırıb ki, bu gün ən dəqiq və ən yaxşı müşahidəçi məhz müştərinin özüdür: 

"İstehlakçı mütəmadi şəkildə istifadə etdiyi qənd barədə kifayət qədər məlumatlı olur. Onda müxtəlif dad və dəyişiklik olan kimi anında hiss edir. Bu zaman qəndi aldığı satış məntəqəsinə dərhal xəbər verməlidir". 

Pərviz

0