Azərbaycanda yaşayış evlərinin 65%-i 1946-1990-cı illərdə tikilib

ÖLKƏ
23:34 / 03.08.2026
52

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda mövcud olan yaşayış evlərinin (mənzillərin) cəmi 1,3%-i 2020-ci ildən sonra tikilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yaşayış evlərinin yarıdan çoxu – 65,1%-i keçmiş SSRİ zamanında – 1946-1990-cı illərdə tikilib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ən çox ev 1991-2000-ci illərdə tikilib. Ölkədə mövcud olan evlərin 15,7% bu illərdə inşa olunub. Bundan başqa evlərin 8,4%-i 2001-2010-cu, 7,8%-i isə 2011-2020-ci illərdə tikilib.

Onu da bildirək ki, evlərin 0,5%-i 1919-cu ilə qədər olan dövr ərzində inşa olunan tarixi tikililər hesab olunur. 1919-cu ilə qədər olan dövr ərzində tikilən evlər Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax Tovuz və Şəki Zaqatala bölgələrində mövcud olub.
 

0