Sabiq nazirin anası koronavirusdan vəfat etdi

16:43 / 12.07.2020
1740

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib.

Hit.Az-ın xəbərinə görə, onun anası vəfat edib.

F.Ələkbərovun anasının koronavirusdan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.(Report)

0