Nəzakət Teymurovanın səhhəti necədədir?

10:28 / 13.07.2020
996

Xəbər verdiyimiz kimi, Xalq artisti Nəzakət Teymurova koronavirus infeksiyasına yoluxub.

Xanəndənin səhhəti haqda rəfiqəsi, Xalq artisti Aygün Bayramova məlumat verib. Muğam ifaçısı bildirib ki, N.Teymurova ilə tez-tez telefonla danışır və səhhəti yaxşıdır:

"Hamı sənətkarımız Nəzakət Teymurovaya görə narahatdır. Telefonum susmayıb. Səhhəti stabildir, şükür. Hamımız Allaha dua edək, tezliklə evə dönsün".

N.Teymurova isə səhhəti ilə bağlı "Hər şey yaxşı olacaq" qısa cavabını verib.

0
Axsam.az