Ermənistan ölü sayını gizlətdi, yaralıların sayını azaltdı - AÇIQLAMA

ÖLKƏ
11:18 / 13.07.2020
1983

Ermənistan Müdafiə nazirliyi təmas xəttində yaralıların olduğunu etiraf edib.

Modern.az saytı xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi cəbhənin Tovuz rayonu istiqamətində işğalçı ordunun 2 hərbçisinin yaralandığını bəyan edib.

Hazırda onların xəstəxanaya yerləşdirlidiyi bildirilir. Düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan yaralıların döyüş bölgəsinə ezam olunmuş polis əməkdaşları olduğunu əlavə edib. 

Amma qeyri-rəsmi məlumatlarda, ermənilərə məxsus sosial şəbəkələrdə düşmən ordusunun itkilərinin qat-qat çox olduğu bildirilir.

0