Şəhid generalın və şəhid polkovnikin cənazələri ata ocaqlarına aparıldı

ÖLKƏ
19:58 / 14.07.2020
964

İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun nəşi doğulduğu Qəbələ rayonuna, polkovnik İlqar Mirzəyevin cənazəsi isə Bakıya gətirilib.

HİT.Az xəbər verir ki, hər iki şəhidin cənazələri ata ocaqlarında böyük coşqu ilə qarşılanıblar.

Qeyd edək ki, hər iki şəhidlə vida mərasimi sabah keçiriləcək.

0