Daha bir tarixi abidə dağılır - FOTOLAR

ÖLKƏ
13:04 / 12.09.2020
1150

Göygöl rayonunda unudulan daha bir tarixi abidə məhv olmaq üzrədir.

HİT.Az xəbər verir ki, bu barədə oxu.az-a sakinlər tərəfindən göndərilən məlumatda qeyd olunub.

Söhbət rayonun Yeni Zod kəndində, Cavadxan yüksəkliyində yerləşən Alban kilsəsindən gedir.

Dağılmaq üzrə olan kilsə təxminən 2109 metr yüksəklikdədir. Fotolardan kilsənin hansı vəziyyətdə olduğunu görmək mümkündür.

Kilsənin yerləşdiyi yüksəkliyi asfalt yoldan nə az, nə çox 6-7 kilometrlik məsafə ayırır. Tarixi abidənin nə üçün baxımsız qalması barədə isə heç bir məlumat yoxdur.

Ciddi tədbirlər görülməzsə, abidə həqiqətən də tarixə qovuşacaq.

2