Rövnəq Abdullayev Fəxri Xiyabanda - FOTOLAR

ÖLKƏ
17:21 / 20.09.2020
2181

Jurnalistlər bu gün Fəxri xiyabanda SOCAR prezidenti Rövnəq Abdullayevlə qarşılaşıb.

Hit.Az xəbər verir ki, yeniavaz-ın əməkdaşları SOCAR prezidentinin maşınını Fəxri xiyabanın qarşısında görərək ona yaxınlaşıblar.

R.Abdullayev jurnalistin suallarını cavablandırmaq istəməyib.

Məlum olub ki, o, Fəxri xiyabana 20 sentyabr – Neftçilər Günü münasibətilə gəlib.

Rövnəq Abdullayev ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarlarını ziyarət edərək, gül dəstələri düzüb.

R.Abdullayev daha sonra görkəmli neftçilər Süleyman Vəzirov və Neftçi Qurbanın (Qurban Abbasov) məzarlarını da ziyarət edib.

Fotoqraf SOCAR prezidentinin Fəxri Xiyabanda bir neçə fotosunu çəkməyə nail olub.

Həmin fotoları təqdim edirik:

0