"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sı ilə keçirəcəyi matçının səfər proqramında dəyişiklik edilməyib.
Bu barədə Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov məlumat verib. O bildirib ki, komanda bu gün saat 17:00-da çarter reysi ilə Polşaya yola düşəcək.
Sabah komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, oktyabrın 1-də oynanılacaq "Legiya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Fanat.Az
Report.az