FOTO
18:51 / 15.10.2020
855

Amerikadakı əzəmətli bayraqlarımızı bu qadınlar hazırlayıb - FOTO

Xəbər verdiyimiz kimi, ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları paytaxt Vaşinqton şəhərində, Ağ Evin qarşısında kütləvi etiraz aksiyası keçirib. Aksiya çərçivəsində əraziyə gətirilmiş böyük Azərbaycan bayraqları diqqəti çəkib. 

Amerika ölkələri və İsrailin iş sektoru üzrə aparıcı məsləhətçisi Lalə İsmayılova "Qafqazinfo"ya bayraqların hazırlanması ilə bağlı danışarkən bildirib ki, onların sayı 2 olub:

“Birini Pensilvaniya ştatında yaşayan Elmira Həsənova hazırlayıb, digərini isə Şamama və Mənsura Məmmədova bacıları. Hər iki bayraq cəmi iki gün müddətində hazırlanıb.

Elmira Həsənova ahıl, evdar xanımdır. Ev şəraitində öz tikiş maşını ilə bayrağımızı hazırlayıb. Həmçinin digər xanımlar da ev şəraitində hazırlayıblar”.

Lalə İsmayılova qeyd edib ki, hətta həmin xanımlar gələcəkdə ölçüsünə görə daha böyük bayraq tikməyi planlaşdırırlar. 

0