Erməni mafiozlar Azərbaycanı dəstəkləyən fransalı deputatı öldürmək istəyir

DÜNYA
15:10 / 27.10.2020
1076

Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvü, deputat Jerom Lamber (Jerome Lambert) ölkədə yaşayan yerli ermənilər tərəfindən sosial şəbəkələrdə ölümlə hədələnib.

HİT.Az Report-a istinadən xəbər verir ki, ona Fransada erməni mafiyasının güclü olduğu və Azərbaycanı dəstəkləməkdə davam edəcəyi təqdirdə sonunun çatacağı bildirilib.

Xatırladaq ki, bundan əvvəl Fransanın TF1 kanalının jurnalisti Lizron Budul (Liseron Boudoul) Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarla bağlı əsl reallığı əks etdirən reportajına görə erməni mənşəli fransızlar tərəfindən təhqir və təhdidlərə məruz qalmışdı.

4