Ermənistan parlamentində 3 siyasi qüvvə təmsil olunacaq

12:14 / 21.06.2021
1521

Ermənistanda dünən keçirilən seçkilərin nəticələrinə görə, yeni parlamentdə üç siyasi qüvvə təmsil olunacaq. 

HİT.Az erməni mediasına istinadən xəbər verir ki, bunlar hakim “Vətəndaş Müqaviləsi” partiyası (71 deputat), “Ermənistan” (29 deputat) və “Şərəfim var” (7 deputat) bloklarıdır. 

“Ermənistan” bloku əlavə olaraq 2 mandat da alacaq. Bu, müxalifət təmsilçsilərini parlamentin 1/3-dən az olmaması ilə bağlıdır. 

VÜQAR

0