Koronavirus daha çox kişiləri öldürür - SƏBƏB

DÜNYA
09:52 / 21.08.2021
2032

“Hormonal sistemin xüsusiyyətlərinə görə kişilərin koronavirusdan ölmə ehtimalı daha yüksəkdir”.

Bunu rusiyalı tanınmış həkim allergoloq-immunoloq Vladimir Bolibok deyib. Onun sözlərinə görə, bu, kişilərdə testosteronun fəaliyyəti ilə əlaqədardır.

"Kişilərdə antitelin yaranma səviyyəsi bir qədər aşağıdır", - deyən həkim vurğulayıb ki, qadınların immun sistemi virusun özünə çatır, antitellərin yoluxmuş hüceyrələrə nüfuz etməsi asan olur.

"Qadınların bu xüsusiyyətinin mənfi tərəfi də var: daha çox antitellər bədən hüceyrələrinə hücum etdikdə autoimmun xəstəliklərinə tutulma ehtimalı müşahidə olunur". 

Həkim, həmçinin qeyd edib ki, COVID-19-a qarşı immunitet təxminən səkkiz ay davam edir.

0
Modern.az