Musiqili Teatrın 114-cü mövsümü Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib

MƏDƏNİYYƏT
13:32 / 11.09.2023
505

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 114-cü mövsümünü Heydər Əliyevin 100 illik yubileyinə həsr edib.

Hit.az-a xəbər verir ki, kollektiv milli teatrın 150 illik yubileyinə həsr olunan "Sən elə bir zirvəsən!.." tamaşası ilə çıxış edəcək. 

Tamaşanın bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

Musiqili-tarixi esse kimi hazırlanan bu səhnə əsərində teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak edəcəklər.

Qeyd edək ki, tamaşanın biletləri 7-100 manat arasındasır.

Azra

0