Məşhur markanın avtomobilləri başqa adla SATILACAQ

AVTO
10:22 / 01.11.2023
1089

Niderlandın məşhur avtomobil şirkəti "Stellantis"in son addımı təəccübə səbəb olub.

HİT.az xəbər verir ki, şirkətin ucuz avtomobilləri başqa markanın adı ilə satışa çıxarılacaq.

Bildirilib ki, sözügedən elektromobillər "Leapmotor" adı ilə satılacaq. Xatırladaq ki, "Stellantis" Çinin "Leapmotor" firmasını 20 faiz hissəsini 1,5 milyard avroya satın almışdı. 

Razılaşmaya əsasən, tərəflər Çindən kənarda "Leapmotor" modellərinin ixracı və satışı üçün Niderlandda birgə müəssisə quracaqlar. Bu müəssisə isə 51 faiz paya sahib olan "Stellantis" şirkəti tərəfindən idarə olunacaq. Niderland markası 2030-cu ilə qədər Çindən kənarda 500 min elektrikli avtomobili satmağı hədəfləyir.

Bundan əlavə, "Leapmotor" isə uzunmüddətli perspektivdə Çində hər il 1 milyon elektrikli avtomobil satmağı planlaşdırır.

Pərviz

0