Məşhur cütlük 12 milyonluq müqavilə imzalayacaq

22:57 / 03.02.2024
422

Məşhur aktyorlar Bergüzar Korel və Halit Ergenç yeni reklama çəkiləcəklər.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, cütlük mətbəx avadanlıqlarının reklamında iştirak edəcək.

Şirkət bunun üçün onlara 12 milyon lirə (təxminən 669 min 600 AZN) dəyərində pul təklif edib.

Bergüzarla Halitin bu razılaşmanı müsbət qarşıladığı bildirilir.

Onların müqaviləni tez zamanda imzalayıb, reklam çəkilişlərinə başlayacağı deyilib.
Xatırladaq ki, cütlük "Binbir Gece" serialının çəkilişləri zaman tanış olub eşq yaşamağa başlamışdı. 2009-cu ildə ailə quran Korellə Halitin 3 övladı var. Hazırda Londonda yaşayan aktyorlar arada İstanbula da gedirlər.

0