85 yaşını qeyd edən Xalq artisti: "Öz sağlığıma özüm də möhkəm içdim"

MƏDƏNİYYƏT
12:15 / 05.02.2024
458

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Tariyel Qasımovun 85 yaşı tamam olub.

Yubliyar Qaynarinfo-ya açıqlamasında bildirib ki, həftəboyu ad günü ilə bağlı tədbirlər davam edəcək:

"Əhval-ruhiyyəm əladır. Ad gününü evdə keçirdik, bütün dostlar-tanışlar, qonaqlar bizə gəldi, sağlığıma badələr qaldırıb, məni təbrik etdilər. Hamı mənim sağlığıma içdi. Əsas odur ki, öz sağlığıma özüm də möhkəm içdim". 

Aktyor fevralın 9-da yubiley mərasiminın teatrda qeyd ediləcəyini vurğulayıb:

"Tədbir saat 12:00-da başlayacaq, nazir də gələcək. Əsas odur ki, mənim sənətimə dövlət də qiymət  qoyur, xalq da. Məni hamı sevir, sənətimə qiymət qoyur. Həm özümə, həm də xalqımıza uzun ömür arzulayıram. Allahdan arzum budur ki, həyatda olaq, yaşayaq". 

0