Rayon toylarında niyə zəhərlənmə baş verir?

ÖLKƏ
22:34 / 29.07.2024
286

Qusar rayonunun Aşağı Ləgər kəndində 5 nəfər qidadan zəhərlənib. Hadisə toyda baş verib. 

2019-cu il təvəllüdlü Z.Səfərova, 2007-ci il təvəllüdlü S.Səfərova, 1966-cı il təvəllüdlü E. Primov, 2014-cü il təvəllüdlü Ə.Aydazadə və 2011-ci il təvəllüdlü İ. Eyyubov toyda yedikləri qidadan sonra özlərini pis hiss ediblər. 

Onlar Qusar rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. 

Qeyd edək ki, bu kimi hallar dəfələrlə qeydə alınıb.

Bölgələrdə keçirilən toylarda kütləvi zəhərlənmə halı qeydə alınır.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, yay fəslində toylarda masaya düzülən hər təamı dadmaq, yemək düzgün deyil:

 “Yayda mayanezli salat yemək məsləhət deyil. Belə qidalar məclislərdə bir neçə saat əvvəldən masalara düzülür ki, bu da qidanın xarab olmasına gətirib çıxarır. Bəzən mayonezlər isti temperaturda qaldıqda keyfiyyəti pozulur, zəhərlənmələrə səbəb olur. Həmçinin, toyda yeməkləri qarışdırmaq da zəhərlənməyə səbəb olur. Qarışıq və bir-birinə uyğun olmayan yeməklərin qəbulu da həzm sistemin çətinləşməsinə, sağlamlıq problemlərinə gətirib çıxarır”.

Sevinc

0