"Cəbhəylə bağlı dedi-qodu tipli məlumatların yayılması..." - Nazirlik rəsmisi

ÖLKƏ
15:21 / 13.07.2020
943

“Sosial şəbəkələrdə sərhədboyu müxtəlif istiqamətlərdə hansısa əməliyyatların keçirildiyinə dair məlumatlar yayılır. Bunlar əsassız və qeyri-dəqiq məlumatlardır”.

HİT.Az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı iyulun 12-də erməni təxribatının baş verdiyi Azərbaycan - Ermənistan sərhədindəki vəziyyətə münasibət bildirərkən deyib.

V.Dərgahlı bu kimi əsassız məlumatları yayan şəxslərə müraciət edib:

“Belə informasiyalar həqiqəti əks etdirmir. Xalqımız, sosial şəbəkə istifadəçiləri, kütləvi media nümayəndələrindən bu istiqamətdə yalnız Müdafiə Nazirliyinin verdiyi məlumatlara diqqət etmələrini xahiş edirik.

Digər dedi-qodu tipli məlumatların yayılması düşmən dəyirmanına su tökməkdir. Odur ki, birmənalı olaraq rəsmi məlumatlara istinad edilməsi vacibdir”.

0