Hazır qidalar yeyilməlidirmi?

20:58 / 18.07.2024
285

Düzgün qidalanmanın insan sağlamlığı üçün nə qədər önəmli olduğunu bilsək də,  çox vaxt etmirik.

Günümüzdə  müasir həyatın rahatlığı və sürəti üçün ən çox istifadə edilən qidalanma növü “fast food”dur. Damaqda qalan dadı olsa da, ziyanı yetərincədir.

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, "fasd-food" və ya digər qidaları az miqdarda qəbul etdikdə orqanizmdə heç bir problem yaratmır. "Fasd-food"un tərkibinə müəyyən qədər rəngləndirilmiş və dadlandırıcı konservantlar vurulur. Qatqılar toplandlqca orqanizmdə ciddi fəsadlara yol açır. Amma həftədə bir və ya iki dəfə qəbul edilsə, bu yeməklərin orqanizmə heç bir ziyanı olmaz: “Vitamin və minerallar baxımından qida keyfiyyəti aşağı olan "fast-food"larla qidalanan insanların immun sistemi sağlam qidalarla qidalananlara nisbətən daha aşağı olur. Tərkibindəki yüksək natrium  səbəbi ilə "fast-food" qidalar qan təzyiqi problemlərinə və infarkta yol açır".

Sevinc

0