"Barbi gülüşü" əməliyyatı nədir? - Cərrahdan açıqlama

SAĞLAMLIQ
16:50 / 31.10.2024
241

Formalaşmış bədən quruluşu və gözəl siması ilə “Barbi” kuklası , illərdir gənc qızların özlərini bəyənməməsinə və Barbi kimi olmaq məcburiyyətində hiss etmələrinə səbəb olur.

“Barbi” kuklasında görünən yuxarı qaldırılmış burun, iri gözlər və nazik beldən sonra bu dəfə onun təbəssümü də əməliyyat stoluna aparılıb. 

Belə ki, son dövrlər “Barbie smile” adı ilə gülüş əməliyyatı həyata keçirilir. Bu proseduru edənlər günü-gündən artır. 

Maraqlıdır, hər bir əməliyyat kimi “Barbi smile” estetik prosedurunun hansı zərərləri var?

Bu barədə Hit.az-a açıqlama verən plastik cərrah Nazim Sultanov deyib ki, ölkəmizdə bu estetik əməliyyat məşhurlaşmayıb:

“Barbi gülüş əməliyyatı hazırda ölkəmizdə yayqın deyil. Amma çox qısa müddət sonra bizdə də etdirənlər olacaq. Əməliyyatın mahiyyəti öncə dodaqlarının sağ və sol küncləri işarələnərək , kəsilir. Kəsildikdən sonra yuxarı qaldırılaraq, tikilir. Təbii ki, narkoz qəbul etmək hər bir orqanizm üçün təhlükəlidir. Amma bu əməliyyat üz əzələlərini geri salır. Erkən qocalmaya gətirib çıxarır”. 

Murad


 

0